Mezoterapiya

Yaşından daha gənc, təravətli və gözəl görünmək hər bir qadının arzusudur. Xüsusilə də 30 yaşlarına qədəm qoyan xanımlara artıq bu haqda düşünməyi tövsiyə edirik.

Qırışların qabağını almaq və dəri nöqsanlarını aradan qaldırmaq üçün profilaktik və korreksiya edici metodlardan biri olan mezoterapiya çox yaxşı kosmetik effekt verir. Mezoterapiya zamanı vitaminlər, minerallar, aminoasitlər, enzimlərdən olan qarışıq mikroinyeksiyalar şəklində dərinin orta təbəqəsinə vurulur.

Mezoterapiya bütün dünyada cavanlaşma, arıqlama və həmçinin sellülit, saç tökülməsi, strialar, ləkələr, çapıqlar və s. dəri və saç problemlərinin müalicəsində çox geniş bir şəkildə istifadə olunur.
Davamı →

Alma sirkəsi ilə gözəlləşin

Çoxları alma sirkəsinin saçlara müsbət təsir göstərdiyini bilir. Amma onun dəri üçün də faydası da şübhəsizdir.

Kosmetoloqlar dəri problemləri olanlara bu məhsuldan faydalanmağı tövsiyə edir. Alma sirkəsinin tərkibində ölü hüceyrələri təmizləyib dərini yeniləyən alfa-hidroksid turşusu var. Yeri gəlmişkən, bu komponentdən tanınmış markaların bahalı kosmetik vasitələrində də istifadə olunur, lakin o, alma sirkəsində daha çoxdur.

Alma sirkəsinin dəriyə faydalarını saymaqla bitməz. Belə ki, dəri yağlılığını tənzimləyib normallaşdırır, antibakterial xüsusiyyətlərə malikdir, dərini nəmləndirir.

Alma sirkəsini qaynanmış su ilə qarışdırıb pambıq disklərlə üzünüzü silin. Sirkə piqment ləkələrini də dəridən təmizləyir. Bunun üçün sirkəli pambıq disklərini piqment ləkələrinin üstünə qoyub, 20-30 dəqiqə saxlamaq lazımdır.

Nəzərə alın ki, mağazalarda satılan sirkələr dəridə qıcıqlanmaya səbəb ola bilər. Odur ki, yalnız təbii alma sirkəsindən istifadə edin.
Davamı →

Yay üçün ən yaxşı üz maskaları

Yayda üz dərimiz istinin, tozun təsirilə tez-tez yağlanır. Bu yağlanmanın qarşısını təbii üsullarla almağa çalışırıq. Çünki kimyəvi məhsullar isti yay günlərində üz dərsini daha da yağlandıra bilər.

Yağlı dərilər üçün olan üz maskaları dərini qurudub və təmizləməklə yanaşı, ona nəmlik də bəxş edir. Buna görə də, qızmar yay günlərində yağlı üz dərinizlə mübarizə aparmayasınız deyə sizə bir-birindən də yaxşı nəticə göstərəcək 5 ən yaxşı ev üsulu maskanı təqdim edirik.

Məsamələri daraltmaq üçün
Bu maska üçün sizə 1 ədəd yumurta və ¼ hissə limon lazımdır. Yumurtanın ağını çalın, üzərinə limonun suyunu sıxıb yenidən qarışdırın. Təmizlənmiş üzə bir qat bu qarışımı çəkin və qurumağını gözləyin. Quruduqdan sonra bir daha üzərindən maskanı çəkin, 15 dəqiqə qurumağını gözləyin. Və soyuq su ilə yuyun. Maskanın effektli olması üçün maskadan sonra üzünüzə uyğun yüngül tərkibli nəmləndirici krem çəkin.
Davamı →

Üz üçün ideal təmizlik


Üz təmizliyi dəriyə qulluğun ən vacib nöqtəsidir. Yəqin ki, siz də bu qulluq rutininə əməl edirsiniz. Bəs sizcə üzünüzü düzgün təmizləyirsiniz? Biz sizə ideal üz təmizliyi üçün 5 sadə addımı təqdim edirik. Bu addımlara əməl etsəniz dəriniz də sizə təşəkkür edəcək!

Məsləhət 1: Gözünüzü basmayın
Makiyajı təmizləyərkən çox zaman gözümüzdəki makiyajı çıxartmaq üçün ya onu barmağımızla ya da ki, pambıq disklə aqressiv şəkildə basırıq. Belə etdikdə biz təmizlik etmirik, yalnız və yalnız kipriklərimizə, göz dərimizə zərər yetiririk. Tələsmək lazım deyil. Kipriklərinizdəki tuşunuzu təmizləmək üçün nəm pambıq disklərdən istifadə edə bilərsiniz. Pambıq diskləri nəm etmək üçün bəzən su bəs etmir. Çünki elə tuşlar var ki, onlar suya qarşı davamlı olurlar. Buna görə də, pambıq disklərinizi nəm etmək üçün müxtəlif markaların göz makiyajını təmizləyən vasitələri var ki, onlardan istifadə edə bilərsiniz. Və prosesi edərkən çalışın gözlərinizi bərk basmayın, masaj hərəkətlərilə onu təmizləyin. Tam təmizlik üçün ən yaxşı proses 5 dəfə təkrar etməyinizdir.
Davamı →

Qəhvə skrabı

Ehtiyacınız olan ərzaqlar:
1 yemək qaşığı qəhvə qalığı
1 yemək qaşığı yulaf
1 yemək qaşığı bal
1 və ya 2 çimdik darçın

Antioksidantlarla zəngin qəhvə, ölü dərilərdən təmizləyən yulaf, sivilcələrlə mübarizə aparan bal və üz dərisini təravətləndirən darçın bir araya gələn maskanın nəticəsini siz özünüz düşünün. Bu qarışığı krem halına gətirin. Gözətrafını saxlamaq şərtilə üzünüzə sürtün. 20 dəqiqə gözlədikdən sonra üzünüzü yuyun. Əgər bədəniniz üçün istifadə eləmək istəyirsinizsə tərkibindəki ərzaqları 2 qat çox istifadə edin.

 Ancaq bu maska hər kəs üçün deyil, xüsusilə də həssas dəriyə sahib olanlara. Sizə uyğun olub-olmadığını yoxlamaq üçün qarışıqdan bir az dərinizə sürtərək yoxlaya bilərsiniz. Dəriniz çox həssasdırsa darçını maskanın içinə qatmaya bilərsiniz. Təsiri isə eyni olacaq.
Davamı →

Dəri ləkələri üçün maska

Heyva maskası
1 heyvanın içindən çıxarılan çəkirdəkləri yarım çay stəkanı ilıq suda 2 gun gözlədin sürüşkən bir maye halını alacaq bunu üzünüzə tətbiq edin quruyduqca üzərinə təkrar çəkin cıldınız həm sıkılastıgını həm də ləkələrin azaldıgını goreceksiniz həftədə 1 səfər tətbiq edin.

Yumurta qabığı tozu maskası
1 çay qaşıq qabartma tozu,
1 çay qaşıq vaselin  

Yumurta qabığı, ancaq bunu əzərək toz və un halına gətirməlisiniz. 25 dəq. gözlət və yu
Davamı →

Kişilər üçün maskalar

Qəbul edək ki, biz kişilər üçün dəriyə qulluq səhər oyananda və ya çirkləndikdə üzün yuyulmasından ibarətdir. Əslində isə dərimizin cavan qalmasını və gec qocalmasını istəyiriksə, vaxtaşırı olaraq dəriyə qulluq vasitələrindən istifadə etməyimiz mütləqdir. Bu vasitələrin sırasında müxtəlif tərkibli dəriyə qulluq maskalarının adlarını çəkə bilərik.

Bildiyimiz kimi üz dərisi çox həssasdır və yanlış maskalar onu çox qısa müddətdə zədələyə bilər. Buna görə də dəriniz üçün maska hazırlayarkən və ya hazır maskalardan istifadə edərkən onun tərkibinə qarşı xüsusilə diqqətli olun. İndi sizinlə bir neçə dəriyə qulluq maskasının reseptini bölüşmək istəyirik.
 
Yağlı dəri üçün üz maskası
Orta ölçülü bir kartofu iki yerə bölün. Onu sürtkəcdən keçirib gözünüzün ətrafı istisna olmaqla suyunu pambıqla üzünüzə sürtün. Təxminən on dəqiqə kimi üzünüzdə saxlayın, daha sonra yuyub qurulayın. Bu maska üzünüzdəki yağ mübadiləsini tənzimləyəcək.
Davamı →

Duzla gözəlləşin

Dərimiz dəniz suyu ilə eyni minerallara sahibdir. Ona görə də dəniz duzu dəri gözəlliyimizi qorumaq üçün ən yaxşı vasitədir. Dəniz duzu maqnezium, kalsium, sodium və kalium kimi minerallarla zəngindir.
 
Dəniz duzu ilə süfrə duzu arasında böyük fərq var. Dəniz duzunun tərkibindəki minerallar dəri sağlamlığı üçün çox önəmli rol oynayır və hüceyrələrin yenilənməsini sürətləndirirlər. Xüsusilə də həddən artıq soyuq və ya isti havalarda dərinin mineral balansı pozulur, quruluq, qabıq vermə, ləkələr və qızartı müşahidə olunur. Bu zaman dəriyə dəniz duzu ilə qulluq etmək mineral balansın təmin olunmasına, dərinin nəmlənməsinə və xarici təsirlərə qarşı dözümlü olmasına kömək edir.
Davamı →

Üz dərisini ağardan maskalar

Cəfəri tərkibli ağardıcı maska


Maskanın hazırlanması üçün 1 xörək qaşığı cəfəri (petruşka) şirəsi ilə 1 xörək qaşığı xamanı mikserlə qarışdırın. Alınan qarışığı üzünüzə çəkin və 15-20 dəqiqə ərzində saxlayın. Tələb olunan vaxt keçdikdən sonra, üzünüzü sərin su ilə yuyun.  Növbəti maskanın hazırlanması üçün 25 qram xırda doğranmış cəfərini 200 ml. qaynar suda dəmləyin. Bundan sonra yüngül hərəkətlərlə cəfəri ilə su qarışığını dərinizə hopdurun. Bu maskanı tonik əvəzi gündə bir neçə dəfə istifadə edə bilərsiniz.
Davamı →